26 May 2017 17:45
1 287
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda “Ədəbiyyat qəzetinin” saytının təqdimetmə mərasimi keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbiri giriş sözü ilə AYB sədrinin birinci müavini, xalq şairi Fikrət Qoca açıb.

Ramiz Rövşən, Seyran Səxavət, İlhaq Fəhmi, Şirindil Alışanlı, Səlim Babullaoğlu çıxış edərək qəzetin fəaliyyətini yüksək qiymətləndiriblər.

Saytla yanaşı “Ədəbiyyat qəzeti” yayınları” seriyasından nəşr olunmuş ilk kitabın – həyatdan vaxtsız köçmüş şair Faiq İsmayılovun “İynəboyu böyük dünya” kitabının da təqdimatı keçirilib.

Daha sonra “Ədəbiyyat qəzeti”nin təsis etdiyi “Əli bəy Hüseynzadə” mükafatının laureatları açıqlanıb. Nizami Cəfərov ədəbi-tənqidi məqalələrinə görə, Dilsuz Türk poeziyasının nəfis təqdimatına görə, Məti Osmanoğlu ədəbi-tənqidi məqalələrinə görə, Mirmehdi Ağaoğlu ədəbi-publisistik fəaliyyətinə görə, Mətləb Ağa şeir və esselərinə görə, Nərgiz esselərinə görə “Əli bəy Hüseynzadə mükafatı”na layiq görülüblər.


Müəllif: Teleqraf.com