28 May 2017 11:33
2 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm adamları dünyamız və kainatla bağlı çox şeyi hardasa kəşf etmiş kimi görünsələr də, hələ də açıqlanmamış, olduqca bəsit, di gəl bir o qədər də sirri açılmamış çox olay var.

Teleqraf.com-un Yutuba istinadla təqdim etdiyi 10 belə sirli məsələyə birlikdə baxaq.

Pişiklər necə miyoldayır?

Pişikləri sevənlər onları oxşadıqda, ya da şad olduqlarında necə miyoldamağa başladıqlarını yaxşı bilirlər...

Bəzi canlılar necə meydana gəlib?

Tarixə boylandıqda bu an yaşayan, ya da keçmişdə yaşamış xeyli növün atasız olması gerçəyi ilə qarşılaşa bilərsiniz...

İnəklər maqnit kompaslara sahibdirmi?

Elm adamları Quql Örçdən (Google Earth) istifadə edərək otlayan minlərcə inəyi izləyib və bu müşahidənin nəticəsində qəribə nəticələrlə qarşılaşdılar...

Qaranlıq maddə nədir?

Kainatın 27%-i qaranlıq maddədən meydana gəlir. Maddə elektromaqniti radiasiya yaymır və reaksiyaya girmir...

Günəş sistemində neçə planet var?

Pluton planetlər siyahısından çıxardıldığından bəri rəsmi olaraq 8 planetin varlığı qəbul edilir...

Mamontların nəsli nədən kəsilib

Meqafauna olaraq bildiyimiz nəhəng heyvan növlərindən biri olan mamontların nəsli təxminən 10.000 il öncə tükənib...

Niyə yuxu görürük?

Bəziləri röyaların təsadüfi görüntülərdən və beyin dalğaları nəticəsndə yarandığına inanır...

Kosmik kükrəmə nədir?

Cavan ulduzlar üzərində araşdırma aparan bir qrup elm adamı 2006-cı ildə qəfildən kükrəməyi andıran sirli bir səs eşitdi...

Daha ətraflı, daha təfərrüatlı videoda:


Müəllif: Alpər Cəbrayıl