30 May 2017 11:50
1 749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənim Elcanı çıxarmaq fikrim yox idi. O sözü hirslənib dedim.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Maşın şou”da aktyor Elcan Rəsulova uduzan müğənnu Elton Hüseynəliyev İnstaqramda yazıb.

O, həmin gün baş verənlərə belə aydınlıq gətirib:

“Bəli, mən səhv etdim, amma səhv etməyə də hünər lazımdır. Mən bicbalalar kimi Elcanın qabağından qaçmadım. Mənim Elcanı çıxarmaq fikrim yox idi. O sözü də hirsləndim dedim. Deməsəydim, mən qalıb bir nəfəri çıxaracaqdım.

Mən hamıya səslənib, açıq oynamaq istədiyimi dedim. Dedim, bir nəfər çıxsın, oynayaq. Heç kim istəmədi və haqları da var. Danışdıq ki, mən çıxmıram. Və sonra bilə-bilə məni atdılar qabağa!!! Ona görə də mən kimi çıxaracağımı açıqlamadım.

Murad çox ağıllı və savadlı aparıcıdır. Elcanın mənə “gəl oynayaq” deməsi elə-belə deyildi. Amma mən ola bilər səhv etdim. Allahım şahid olsun ki, mən şərəfsiz deyiləm və olmayacam da. Çünki insanın qanı təmiz olmalıdır. Ola bilər, mən əsəbi danışıram və ya kiməsə yekəxana görsənirəm, çünki buna səbəb var.

Elcandan başqa bir nəfərin hünəri çatmadı mənimlə açıq oynamağa. Mən Murad Dadaşova yenə də hörmətsizlik etmədim bəziləri kimi...

Siz çox şeyləri bilmirsiz. Siz yalnız baxırsınız, amma elə şeylər var ki, xəbəriniz yoxdur. İnşallah, gözünüz açılar, bilərsiniz. Məgər Azərbaycanda başqa haqsızlıq yoxdur? Niyə bir kəlmə deyə bilmirsiniz? Çünki sizin sözünüz və gücünüz ancaq bizim və mənim kimi sənət adamına çata bilər

Mən maska taxıb ikiüzlü olmadım, əksinə, açıq sözlü, düz oldum. Bunu Murad Dadaşov və kollektivi əla bilir.

Tolik mənə görə bir az pis oldu. O, neçə ildir mənimlə çalışır, mənə görə səs istəməliydi. Amma Elcanın da xətrini çox istəyir. Nə isə... Anlayana bir kəlmə anlamayana 1000 kəlmə də bəs etməz”.


Müəllif: Pərvin