2 İyun 2017 09:21
2 317
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com "Məşhur məktublar" layihəsində məşhur Avstriya bəstəkarı Volfqanq Amadey Motsartın xanımı Konstantseyə yazdığı məktubu təqdim edir:

Əziz balaca xanımım, sənə bir neçə tapşırığım var. Mən sənə yalvarıram:

1) bədbinliyə qapılma,

2) sağlamlığının qeydinə qal, yaz küləklərindən özünü qoru

3) gəzməyə tək getmə, ən yaxşısı, ümumiyyətlə, gəzməyə getmə,

4) mənim sevgimə tamamilə əmin ol. Mən sənə bütün məktublarımı portretini qarşıma qoyaraq, yazıram.

5) nəhayət, səndən xahiş edirəm, mənə daha ətraflı məktublar yaz. Çox istəyirəm bilim, mən getdiyim günün səhərisi qayınım Xofer bizə baş çəkməyə gəldimi? O, mənə vəd etdiyi kimi, bizə tez-tez gəlirmi? Lanqeslər hərdən bizə gəlirmi? Portret üzərində iş necə gedir? Sən necə yaşayırsan? Bütün bunlar mənim üçün təbii ki, fövqəladə dərəcədə maraqlıdır.

6) Mən sənə yalvarıram, özünü elə apar ki, nə sənin, nə də mənim adıma xələl gəlsin. Eləcə də xarici görkəminə fikir ver. Bu xahişimə görə mənə acığın tutmasın. Sən məni daha çox sevməlisən, ona görə ki, mən bizim şərəfimiz üçün qayğılanıram.


Müəllif: Teleqraf.com