10 İyun 00:37

Filologiya elmlər namizədi Vurğun Əyyubun ilk kitabı nəşr olunub.

Teleqraf.com-un məlumatına görə, “Azərbaycan romantizmini düşünərkən...” adlanan kitabda müəllifin “Azərbaycan romantiklərinin yaradıcılığında vətəndaşlıq lirikası (1905-1920-ci illər)” adlı tədqiqatı, ədəbiyyatımızda romantizm və romantikanın problemlərinə işıq salan müxtəlif illərdə yazılmış məqalələri daxil edilib.

Burada toplanan əsərlər sovet dövrü ədəbiyyatşünaslığımızda romantizm və romantikanın taleyi ilə bağlı gedən bəzi mübahisələrə aydınlıq gətirmək, Azərbaycan romantizminin həqiqi qiymətini vermək cəhdi baxımından bu günün ədəbiyyatşünasları, tələbə və doktorantları üçün maraqlı görünə bilər.


Müəllif: Teleqraf.com