12 İyun 2017 17:40
1 250
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Musiqili Komediya Teatrında Azərbaycanın xalq artisti, görkəmli teatr və kino aktyoru Hacıbaba Bağırovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, əvvəlcə teatrın kollektivi aktyorun məzarını ziyarət edib. Daha sonra teatr rəhbərliyindən tutmuş bir çox görkəmli xalq artistlərimizə və Hacıbaba Bağırovun ailə üzvlərinə qədər hamı tədbirdə iştirak edərək, sevimli aktyorumuz barədə öz xatirələrini bölüşüblər.

Yubiley tədbirindən sonra Hacıbaba Bağırovun yadigarı, qızı Şölə Bağırovanın rəsmlərindən ibarət sərginin açılışı olub və o, ilk fərdi sərgisinin lentini kəsib.

Hacıbaba Bağırovun həyat yoldaşı Arzu Bağırova mərhumun ailəsi adından Dövlət Musiqili Teatrının kollektivinə, həmçinin Hacıbaba Bağırovun sənətini sevən hər kəsə minnətdarlığını bildirib.

Sonda "O olmasın, bu olsun” musiqili komediyasının nümayişi keçirilib.


Müəllif: Könül Əlibəyli