13 İyun 2017 00:32
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın paytaxtı Parisdə yerləşən Luvr muzeyində həyəcan siqnalı çalınıb.

Teleqraf.com CNN Türk-ə istinadən xəbər verir ki, qəfildən çalınan həyəcan siqnalı bütün işçiləri və ziyarətçiləri təşvişə salıb. Əməkdaşlar və qonaqlar təcili sürətdə muzeydən təxliyə edilib.

Qeyd edək ki, dünya muzeylərində tez-tez belə yalançı siqnallar müşayiət olunur və çox vaxt bir zarafat və ya bir yanlış anlaşılma olduğu ortaya çıxır. Budəfəki həyəcan siqnalının da dəqiq səbəbləri hələ də bilinmir.


Müəllif: Könül Əlibəyli