13 İyun 12:00
2 349

11:44

Aşıq Ədalətin səhhətində yaranan nasazlıqla bağlı xəbərlər doğrudur. Onun canı çoxdan ağrıyırdı. Dünən mən onun yanına gedəndə gördüm ki, durumu heç də yaxşı deyil. Vəziyyəti geriyə gedir və heç də qənaətbəxş deyil.

Bu sözləri Aşıq Pəri məclisinin üzvü, şairə və teleaparıcı Çiçək Mahmudqızı Teleqraf.com-a açıqlamasında söyləyib. O, Aşıq Ədalətin həmişə sağlığından şikayətçi olduğunu və xeyli vaxtdır müalicə aldığını bildirib:

“Ədalət boğazı ilə bağlı hər zaman problem yaşayırdı. “Səs tellərimə zərər vurdular. Mənə dərman verib zəhərlədilər”, - deyirdi. Qırtlağında elə bir sıxıntı yaranmışdı ki, illərlə onu narahat edirdi. Onun canı ağrıyanda bizim də canımız ağrıyırdı. Amma dünən onu görəndə, anladım ki, vəziyyət pisə doğru irəliləyir. Amma yenə də pessimist danışmaq istəmirəm. Bir azdan aşığın yanına gedəcəyəm və sonra sizə bütün məlumatları dəqiqliklə və ətraflı şəkildə çatdıracağam”.

Qeyd edək bu gün aşığın vəziyyəti qəfildən pisləşib.

***

Aşıqlar Birliyinin üzvü Çiçək Mahmudqızı yenidən Teleqraf.com-la əlaqə saxlayaraq daha dəqiq məlumatlar verib:

“Dədə Ədalətin qırtlağında xərçəng xəstəliyi olduğu aşkarlanıb. Düzdür, özü hələ xərçəng olduğunu bilməsə də, ciddiyyətin fərqindədir və deyir ki, bu xına o xınadan deyil!

Mən hazırda onun yanındayam, danışa bilir, insanları tanıyır, yaddaşı yerindədir. Lakin yemək boğazında qalır və qıcıqlanma verir. Xərçəng olduğu ağlına da gəlmir.

Bu gün gəlini və nəvəsinin köməyilə Türkiyəyə yola salınacaq və oradakı “Memorial” xəstəxanasında müalicəyə göndərilir. Allahdan ümid kəsilməz!”


Müəllif: Könül Əlibəyli