18 İyul 2014 12:47
1 572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün tanınmış bəstəkar-müğənni Emin Ağalarov “Yaşıl teatr”da möhtəşəm konsert proqramı ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, növbəti dəfə pərəstişkarlarının qarşısına çıxan müğənni öncə sevilən mahnılarından ibarət popuri səsləndirib. Gecə boyunca musiqi sədaları altında rəqs edən müğənnini səhnədə yüksək keyfiyyətli işıq effektləri və möhtəşəm səhnə dekorasiyası müşayiət edib. Konsert boyu tamaşaçılarla söhbət edən, zarafatlaşan müğənni istəyini dilə gətirib: “Bu gün sizlər üçün ən sevilən mahnılarımı səsləndirəcəyəm. İstəyirəm ki, hamı mahnı sədaları altında rəqs edib, əylənsin”.

Onun sözlərinə görə, daim Rusiyada olmasına baxmayaraq Bakını çox sevir və burdakı pərəştişkarlarının qarşında çıxış etməkdən məmnunluq duyur.

Qeyd edək ki, Eminə dəstək olmaq üçün bir neçə yaxın dostu Rusiyadan Bakıya gəlib. Onların içərisində SSRİ xalq artisti, Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya da olub. Bu şərəfə Emin M.Maqomayevin repertuarından olan “O more-more” mahnısını ifa edib.

Pərvin


Müəllif: