17 İyun 2017 14:08
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün məşhur opera müğənnisi, xalq artisti Fidan Qasımovanın ad günüdür. Onun 70 yaşı tamam olur.

Teleqraf.com xəbər verir ki, Fidan Qasımova 17 iyun 1947-ci ildə Bakıda doğulub. “Dünyanın 100 qadını” adlı kitabda yer alan Fidan xanım Xuraman Qasımovanın bacısıdır.

2015-ci ildə Böyük Britaniyanın Kembric Universitetinin tərtib etdiyi ensiklopediyada dünyanın ən tanınmış ifaçısı adına layiq görülərək xüsusi diplomla mükafatlandırılan Fidan Qasımova Azərbaycanın musiqi mədəniyyətində bu ali mükafata layiq görülən yeganə ifaçıdır.

Dünyanın əksər ölkələrində öz ifası ilə musiqisevərləri heyran qoyan Fidan Qasımova hər zaman gənclərə dəstək olduğunu bildirir.

Axşam möhtəşəm yubiley konsertinə hazırlaşan əvəzolunmaz opera sənətkarına uğurlar arzulayırıq.

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Fidan Qasımovanın “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.


Müəllif: Könül Əlibəyli