18 İyun 2017 20:13
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda üç şəhərində Azərbaycan günləri keçiriləcək

Teleqraf.com xəbər verir ki, İranda Azərbaycan mədəniyyət günləri iyulun 3-dən 10-dək davam edəcək. İranın Tehran, İsfəhan və Təbriz şəhərlərində keçiriləcək mədəniyyət həftəsi çərçivəsində Azərbaycan filmlərinin təqdimatı, həmçinin ölkəmizi təbliğ edən fotosərgi, Azərbaycanın milli atributlarını əkst edirən suvenirlərin nümayişi və müxtəlif konsert proqramlarının təşkili planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan mədəniyyət həftəsinin keçirilməsi ilə əlaqədar mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyulun 3-də İrana səfər edəcək.


Müəllif: Könül Əlibəyli