21 İyun 2017 13:55
1 556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aşıq Ədalət Türkiyədə müayinə keçdikdən sonra Bakıya qayıdıb.

Bu sözləri Teleqraf.com-a “Aşıq Pəri” məclisinin üzvü Çiçək Mahmudqızı deyib.

Onun sözlərinə görə, sənətkar müalicəsini Bakıda davam etdirəcək: “Dədə Ədalət Türkiyədə müayinə olundu. Lakin müalicə üçün oradakı qiymətlər münasib olmadığına, eyni müalicəni Bakıda apara bilən həkimlər olduğuna görə vətənə qayıtmağı qərara aldıq. Burda həkimlər Aşıq Ədaləti sağaldacaqlarına söz veriblər. Biz də ümidlə gözləyirik”.

Aşıq Ədalətin xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.


Müəllif: Könül Əlibəyli