21 İyun 2017 14:18
1 182
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün akademik Tofiq İsmayılovun doğum günüdür.

Teleqraf.com xəbər verir ki, Tofiq İsmayılov 1933-cü ilin bu günü İsmayıllı rayonunun Basqal kəndində dünyaya gəlib. Texnika elmləri doktoru, Azərbaycan Respublikasının ilk dövlət Katibi Tofiq İsmayılov çoxsaylı təltif və mükafatlara, fəxri fərmanlara layiq görülüb. Onun Azərbaycanın müxtəlif elm sahələrində, ən əsası texniki elmlər üzrə gördüyü işlər əvəzolunmazdır.

1991-ci ilin noyabr ayının 20-də Tofiq İsmayılov Qarabağın Qarakənd kəndi üzərində ermənilər tərəfindən vurulan "Mİ-8" hərbi vertolyotunda faciəli surətdə həlak olub.


Müəllif: Könül Əlibəyli