Teleqraf.com xəbər verir ki, bu axşam nəinki Türkiyədə, Azərbaycanda və başqa ölkələrdə də sevilən “Ana” serialı ekrana son dəfə çıxıb.
İlk seriadan bəri balaca Turnanın valideynləri ilə Zeynəb müəllimə arasındakı bitməyən mübarizə, nəhayət, başa çatıb.
Son seriyada övladlarının psixologiyasını mənfi təsir altda saxlayan valideynlər - Şölə ilə Çingiz arasında qalmaqal yaşanır və Şölə Çingizi silahla vurur. Çingiz dünyasını dəyişir, Şölə həbsxanaya gedir, uşaqlar isə hüzur tapdıqları evə, yəni Zeynəbin yanına köçərək, qayğısız həyat yaşamağa başlayırlar.