24 İyun 2017 18:28
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən 2015-cı ildə bu işə başlamışam və 2016-cı ildə 3 mükafat almışam. 1 ilə 3 mükafat... Bu bilirsiniz nə deməkdir? Deməli, mən işimi yaxşı bacarıram və bu, göz qabağındadır.

Yaxın günlərdə “İlin gənc aktyoru” və “İlin vayneri” mükafatları almış Hüseyn Əzizoğlu Teleqraf.com-a açıqlamasında belə deyib.

O, gənc aktyorların qısqanclığını anlayışla qarşıladığını da vurğulayıb: “Mən neynəyə bilərəm? Bu mükafatı özüm-özümə verməmişəm ki! Həzm edə bilməyənlər, getsinlər, su içsinlər!”


Müəllif: Könül Əlibəyli