3 İyul 2017 13:22
2 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Ölümqabağı” layihəsinin budəfəki qonağı tanınmış aktyor, “Ər və arvad” serialının baş qəhrəmanını oynayan Elcan Rəsulovdur.

Yaxında öləcəyinizi bilsəydiniz, son dəfə:

- …nə düşünərdiniz?

- Ruhumu rahatlatmağın yollarını düşünərdim. Kimin qəlbinə dəymişəmsə, hamısı ilə görüşüb, yaxşı yeyib-içmək təşkil edib sağollaşardım.

- … hansı yeməyi yeyib hansı içkini içərdiniz?

- Ənənəyə sadiq qalaraq aş və dolma yeyib, çoxlu albalı kompotu içərdim.

- …kiminlə görüşmək istəyərdiniz?

- Son günə qədər mənə dözən hər kəslə.

- …hansı ölkəyə getmək istərdiniz?

- Harda olsam, vətənə gələrdim. Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı!

- …kimi öpərdiniz?

- Son günlərə qədər yanımda olanı…

- … kimi güldürərdiniz?

- TV- yə çıxıb bu günə qədər məni izləyən hər kəsi son dəfə güldürərdim…

- …hansı musiqiyə qulaq asardınız?

- Son günlərin ən xoşuma gələn musiqisinə.

- …kimə və nə hədiyyə alardınız?

- Bütün pullarıma kimə gəldi, nə gəldi alardım.

- …kimə nə deyərdiniz?

- Mətbuat konfransı keçirib jurnalistlərə elə bir şey deyərdim ki, öləndən sonra da müzakirə etsinlər…

- …son 3 kəlməniz nə olardı?

- Allah, günahlarımı bağışla…


Müəllif: Könül Əlibəyli