11 İyul 2017 11:45
1 987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kulis.az hərbi xidmətdə olmayan yazarların siyahısını açıqlayıb.

Teleqraf.com həmin yazarların hərbi xidmət keçməmələri səbəbilə maraqlanıb. Cavabları təqdim edirik.

Hikmət Orhun: “Bəli, doğrudur. Mən uşaqlıqdan serebral iflic xəstəliyindən əziyyət çəkirəm. Lap balaca yaşımdan hərbçi olmaq istəsəm də, hərbi komissarlıqdan əvvəl məni göylər hərbi xidmətdən azad edib. Elə doğulan kimi...”

Qulu Ağsəs: “Mən iki il hərbi xidmətdə olmuşam - 1987-89-cu illərdə. Orenburq vilayətinin səhra və yarımsəhralarında. Əsgərlikdən iki dəftər şeirlə və hərbi hissəyə borcla qayıtmışam. Sıravi hərbi inşaatçıyam. Əsgərlik şəkillərim hələ də durur. Məzahir adlı əsgər yoldaşım Xocalıda şəhid olub. Bəziləri ilə indi də görüşürük”.

Qəşəm Nəcəfzadə: “Kənddə müəllim işləyirdim. O vaxt 80-ci ilin əvvəllərində kənddə müəllim işləyənləri əsgər aparmirdılar. Hərbi biletimi yazib verdilər. Çünki kənddə müəllimə böyük ehtiyac vardı. Şəhərə gəlib işləmək istəyirdim. Əsgər getmək arzum var idi. Şəhərə də qeydiyyata almırdılar. Beləliklə, əsgər olmaq arzum həyata keçmədi”.

Oğuz Ayvaz: “Hərbi xidmətdə olmamışam, ona görə ki, hələ universitet oxuyuram”.

Qeyd edək ki, ilkin sorğuda yazarlardan Qismət Rüstəmov, Şərif Ağ, Qan Turalı, Kəramət Böyükçöl, Rövşən Naziroğlu, Mübariz Cəfərli, Alpay Azər də iştirak edib.

Onların bəzisi hərbi xidmət keçməməsinin səbəbi ilə bağlı sualmızı cavablandırmaq istəmədi.


Müəllif: Emin