12 İyul 2017 13:51
2 777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com saytının ”Ölümqabağı” layihəsinin növbəti qonağı teleaparıcı Rahil Sayadoğludur.

Yaxında öləcəyinizi bilsəydiniz:

- ...nə düşünərdiniz?

- Düşünərdim ki, çox tez gedirəm. İstənilən yaşda ölümü erkən hesab edib heyfslənərdim...

- ...hansı yeməkdən yeyib hansı içkini içərdiniz?

- Xəngəl, kotlet və pivə. Pivədən başqa hər şey yalandı. Başqa vaxt qiyməti baha olduğuna görə ala bilmədiyim pivələrin dadına baxıb sonra ölərdim.

- ...son efirinizdə tamaşaçılara son sözünüz nə olardı?

- Tamaşaçılara sonuncu dəfə fərqli buraxılış təqdim edərdim. Efir qaydalarını pozardım. Bir də indiyə qədər deyə bilmədiyim bütün həqiqətləri dilə gətirib deyə bilmədiklərimə görə onlardan üzr istəyərdim. Onsuz da ölürəm. Qoy bağlasınlar verilişi!

- ...hansı ölkəyə getmək istərdiniz?

- 2-3 ölkə var ki, ölmədən getmək istərdim. Ən birinci İtaliya. Sonra İslandiya, Norveç, Danimarka... Ümumiyyətlə, Şimali Avropa ölkələri yer üzünün cənnətidir. Oraları görmədən ölmək mənimçün böyük itki olardı.

- ...kimi öpərdiniz?

- Sevdiyim xanımı və anamı. Bir az banal və şablon kimi görünür, amma başqa kimi öpüm ki?.. Hə, bir də “Yuventus”un loqosunu öpərdim!

- ...kimi özünüzlə aparmaq istəyərdiniz?

- O dünyaya gedəsi xeyli adam var. Onları apara bilsəm, ruhum şad olar.

- ...kimə nə etiraf edərdiniz?

- Bağışlamadığım insanlar var. Etiraf edərdim ki, onları bağışlamadan ölürəm. Öldüyüm ana qədər də bağışlamayacağam...

- ...kimə və nə hədiyyə alardınız?

- Hamıya deyərdim ki, ölürəm, yığışın mənə möhtəşəm bir hədiyyə alın. Məsələn, “Yuventus”un çox önəmli bir matçına VIP bilet...

- ...pullarınızı kimə verib gedərdiniz?

- Pullarımı gələcək həyat yoldaşıma verib gedərdim. Deyərdim ki, mənim adıma bir fond aç, imkanı olmayanlara kitab və dərman payla!

- ...son 3 kəlməniz nə olardı?

- Birinci variant: Sarışınım, özünü qoru...

- İkinci variant: Onları qətiyyən bağışlamayın...

P.S: Özləri bilir kimləri deyirəm.


Müəllif: Könül Əlibəyli