12 İyul 14:00
529

Mən dincəlmək üçün tətilə çıxmışam. Bu, ARB TV-dəki işimdən ayrılmağım anlamına gəlmir.

ARB-də “Yarımada” verilişinin aparıcısı Ulvira Qarayeva Teleqraf.com-a belə deyib.

O, tətilə çıxmasının işdən çıxması kimi yozulmasında bəzi jurnalistləri günahkar sayıb: “Televiziya əməkdaşlarının yay aylarında mövsüm tətilinə çıxmasını niyə başa düşmək istəmirlər?! Bu gün əksər yerli telekanallarda belə qayda var.

Yayda verilişlər mövsümi tətilə gedir, aparıcıları da istirahət edir. Sentyabrda yeni mövsüm açılan kimi ya həmin veriliş yenidən efirə qayıdır, ya da aparıcıya başqa yeni veriliş verilir”.

Ulvira Qarayeva aparıcı Günel Həsənzadənin “Speys”dən çıxıb ARB-ə gəlməsi xəbərindən də danışıb: “5 dəqiqə əvvəl oxudum ki, Günel ARB-ə keçir. Sonra isə gördüm, Günel deyir ki, mən heç yerə gedib eləmirəm, mənim yerim çox rahatdır. Görürsünüzmü? Heç kim heç yerə gedib eləmir... Aləmi qatan jurnalistlərdi”.


Müəllif: Könül Əlibəyli