12 İyul 17:36
269

Azərbaycan Dövlət Musiqili Teatrının daha bir aktyoru İran İslam Respublikasında filmə dəvət edilib.

Dövlət Musiqili Teatrının mətbuat katibi Samir Sədaqətoğlunun Teleqraf.com-a verdiyi məlumata görə, aktyor Elxan İsmayılov bu filmdə əsas rollardan birini - Komandir obrazını canlandıracaq.

Filmin istehsalçısı tanınmış İran kinostudiyası “Günəşfilm”dir. Şərti adı “Sərhəd” olan (“Arpa çayı – ayrılıq nəğməsi”) tammmetrajlı bədii filmin quruluşçu rejissoru və ssenari müəllifi Ali Abdalidir.

Qeyd edək ki, filmdə baş rollardan birini də Azərbaycan Dövlət Musiqili Teatrının gənc aktyoru, bu il “İlin aktyoru” mükafatına layiq görülən Əmrah Dadaşov ifa edir.


Müəllif: Könül Əlibəyli