15 İyul 2017 15:34
1 362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın tanınmış modelyeri Şəlalə Maqsudovanın qızı Gülçin 3-cü ixtisas qrupu üzrə 600-dan artıq bal toplayıb.

Modelyer Teleqraf.com-a bildirib ki, sevincinin həddi-hüdudu yoxdur: "Gülçinin modelyerliyə böyük həvəsi vardı. Gözəl rəsmlər çəkirdi. Mən onun bu peşənin sahibi olmasını istəyirdim. Qızıma dəstək olmağa hazır idim.

Gülçin ingilis dilini də gözəl bilir. Son anda tərcüməçiliyi seçəcəyini dedi. Həm təəccübləndim, həm də sevindim".

Şəlalə Maqsudova qızının modelyerliyi ikinci sənət kimi seçəcəyinə əmindir.


Müəllif: Teleqraf.com