21 İyul 2017 14:13
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən adətən insanların həyatını çətinləşdirirəm. Məsələn, mətbuat katibim əlimdən bezib.

Teleqraf.com mahnılarının sözlərini yazıb, musiqisini bəstələyən, sonra ifa edib hətta öz klipini çəkən türkiyəli ulduz Əmrə Aydınla müsahibəni təqdim edir.

- Sizin mahnılarınızı dinləyəndə “Yəqin bu sözləri eşidən qadın səhv etdiyini anlayar və geri dönər” kimi bir sonluq gözləyirik. Bu mümkündürmü?

- Ortada səhv yoxdur deyə, belə şeyin olması da mümkün deyil. Mahnılarımda “Səhvsən, səhvini başa düş, barışaq” kimi bir çağırış da yoxdur. Mahnılarda anlatdıqlarım sadəcə məndə qalan izlərdir. Mən xoşbəxtəm. Hər halda o da xoşbəxt olar.

- Mahnılarınızın sözləri adamın içinə toxunur. Belə sözləri yazmaq üçün mütləq ki, ayrılığı dadmaq lazımdır?

- Mahnının bir dərdi olmasını və hiss edilərək yazılmasını bir dinləyici kimi mən də hər zaman üstün tuturam.

- Eşq sizin üçün nədir?

- Dünyanın ən axmaq və ən gözəl şeyi!

- Aşiq olacağınız qadın necə olmalıdır?

- Xüsusi kriteriyalarım yoxdur. Hər zaman bir-birinə bənzəməyən qadınlara aşiq olmuşam. Ya da aşiq olduğumu sanmışam. Bəlkə də heç eşq deyə bir şey yoxdur. Bunu hələ də anlaya bilmirəm.

- Siz seviləcək bir adamsınızmı?

- Məncə yox. Amma bunu mən yox, başqaları deyə bilər.

- Sürprizləri sevirsiz?

- Yox. Hədiyyə və sürpriz məsələlərində çox uğur əldə eləməmişəm.

- Sizə nə hədiyyə versələr sevinərsiz?

- Hədiyyənin düşünülmüş olması mənim üçün yetərlidir.

- İnsanların həyatını necə rahatladırsız?

- Mən adətən insanların həyatını çətinləşdirirəm. Məsələn, mətbuat katibim əlimdən bezib.

- Mahnılarınız kimi sakit və hüznlüsüz?

- Ovqatıma görə dəyişir bu. Çox hüznlü deyiləm əslində. Amma həddən artıq səs-küydən xoşum gəlmir, sakitəm, sakitliyi sevirəm.

- “Heç vaxt etmərəm” dediyiniz və sözünüzə sadiq qaldığınız bir əməliniz var?

- Saç uzatmaq…

- Sizi nə sakitləşdirə bilər?

- Əsəbiləşəndə pişiklərimlə vaxt keçirirəm. Onlar məni rahatladır.

- Axırıncı dəfə nə səbəbdən ağlamısız?

-Yasmin Levini dinlərkən ağladım. Səbəbsiz… Qəribədir, ispanca yazır mahnılarını. Əslində, mahnının sözlərində nədən bəhs etdiyini anlamıram. Amma o elə bir mahnı dilində oxuyur ki, mən o dili anlayıram…

- Ən çox nə üçün darıxırsız?

- Tətilə çıxmaq üçün, dincəlmək üçün darıxmışam. İkicə gün bəsimdir. Zatən 3-cü gün sıxılıram.

- Populyar olmaq üçün nələrdən keçmisiz?

- Sadəcə, əvvəlki qədər rahat hərəkət edə bilmirəm.

- Xoşbəxtsiz?

- Xoşbəxtəm.

- Günlük həyatınızda nələrlə məşğulsuz?

- Gündə 8 saat yatmaqla.

- Qocalığınızı necə təsəvvür edirsiz?

- Mahnı oxuyan, mahnı sözləri yazan biriyəm hələ də…

- İstərdinizmi övladınız olsun?

- Zənn etmirəm… Çox böyük bir məsuliyyətdir bu!

- Necə bir ata olardız sizcə?

- Yaxşı ata olmağa çalışan bir ata.


Müəllif: Könül Əlibəyli