25 İyul 2017 13:25
1 678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Ölümqabağı” layihəsinin növbəti qonağı tanınmış jurnalist Elman Bakuvidir.

Yaxında öləcəyinizi bilsəydiniz, son dəfə:

- …nə düşünərdiniz?

- Cəmiyyətə nə xeyrim oldu?

- … hansı yeməkdən yeyib hansı içkini içərdiniz?

- Qəlbimin dərinliklərində axirətə inam olduğundan içməzdim, amma məmnuniyyətlə çörəyi dovğaya doğrayıb yeyərdim.

- …kiminlə görüşmək istəyərdiniz?

- Ölümümə ən çox üzülən insanla.

- …son kəs kimi öpərdiniz?

- Yəqin ki, anamı…

- …ən dəyərli əşyanızı kimə verib gedərdiniz?

- Mən əşyalarıma bağlı insanam, ən sevdiyim əşyanı özüm ilə aparardım. Gözüm geridə qalmasın deyə...

- …nəyi ölümlə dəyişərdiz?

- Ağlımı, cismimi dəyişməzdim. Bunlar da olmadıqda, dəyişəcək bir şey qalmır.

- …son dəqiqələrinizi necə keçirmək istəyərdiniz?

- İdman saytlarına girib, “Mançester Yunayted” və “Beşiktaş”la bağlı ən son xəbərləri izləyərdim.

- o biri dünyada kimi görmək istəyərdiniz?

- Bütün dövrlərdə dünyanın taleyini dəyişən insanları.

- …kimi özünüzlə aparmaq istəyərdiz?

- Ümid edirəm, oradakı insanlar qalanlardan daha sadiq və etibarlıdırlar.

- Son 3 kəlməniz nə olardı?

- Dünyanı boş verin…


Müəllif: Könül Əlibəyli