26 İyul 2017 17:07
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Fəxrəddin Manafov milli kino günündə sevənləri ilə görüşəcək.

Teleqraf.com-un məlumatına görə, görüş avqustun 2-də “Yarat” Müasir İncəsənət Mərkəzində baş tutacaq.

Aktyor Milli Kino Gününü pərəstişkarları ilə birlikdə qeyd edəcək, ona ünvanlanan sualları cavablandıracaq, sevənləri ilə şəkillər çəkdirəcək.

Daha sonra isə mərkəzdə F.Manafov və türkiyəli aktrisa Meral Konratın çəkildiyi “Təhminə” filmi nümayiş olunacaq.


Müəllif: Könül