26 İyul 2017 22:58
3 742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən “Yarat” yaradıcılıq mərkəzində “Sara” filminin ikinci premyerası keçirilib. Təqdimata tanınmış kino xadimləri, aktyorlar, həmçinin jurnalistlər qatılıb. Daha çox qonaq gəldiyinə görə təqdimatı ayaq üstə izləyənlər də oldu. Filmin rejissoru Elvin Əhmədov Teleqraf.com-a təqdimatla bağlı təəssüratlarını bölüşüb:

“Tədbir istədiyimiz səviyyədə keçdi. Gözləniləndən çox qonaq gəldi. Rasim Balayevə görə yaşlı nəsilin xeyli nümayəndələri də gəlmişdi. Tədbirdə yaradıcı heyətdən yalnız mən və ikinci rejissorumuz iştirak etdik”.

Rejissor filmə baxışdan sonra tamaşaçıların suallarını cavablandırıb.

Qeyd edək ki, baş rollarında Rasim Balayev, Duyğu Dəvəli, Cəmil Cəfərov və Elvin Əhmədovun oynadığı “Sara” filminin Azərbaycanda ilk premyerası bu il aprelin 6-da Nizami Kino Mərkəzində keçirilmiş, sonrakı günlərdə tamaşaçı sayının azlığı səbəbindən film kinoteatrlardan yığışdırılmışdı. Rejissor isə filmi xarici TV və kinoteatrlara satmağı planlaşdırırdı.

Lakin ikinci təqdimatdan sonra film yenidən kinoteatrlarda nümayiş olunacaq.


Müəllif: Könül