28 İyul 2017 13:30
1 385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Bakıda müğənni-bəstəkar Emin Ağalarovun təşkilatçılğı ilə açılışı olan “Jara” Beynəlxalq Musiqi Festivalında maraqlı anlar yaşanıb.

Teleqraf.com xəbər verir ki, açılış Eminin sahibi olduğu “Sea Breeze Resort” istirahət mərkəzində keçirilib.

Bu münasibətlə Rusiyanın bir çox tanınmış ulduzları Bakıya gəlib. Onlar əvvəlcə qırmızı xalı üzərindən keçiblər.

Xalıya ilk olaraq Emin öz əkizləri Əli və Mikayılla birgə çıxıb. Daha sonra biri-birinin ardınca Anita Tsoy, Oleq Qazmanov, Sergey Kojevnikov, Valeriya və digərləri qırmızı xalı üzərində görüntüləniblər. Onlar şəkil çəkdirib və media nümayəndələrinin suallarını cavablandırıblar.

Gecənin aparıcılığını Yuliya Lısenko və Slava Nikitin ediblər. Müğənnilər səhnəyə çıxaraq müxtəlif mahnılar səsləndiriblər. Festivalın açılış hissəsində Azərbaycan milli rəqsi nümayiş olunub.

Konsertin ikinci hissəsində isə aparıcılıq Yana Çurikova və Andrey Malaxova həvalə edilib.

“Jara” iyulun 30-na kimi davam edəcək. Bu gün isə festival çərçivəsində qala-konsert və Sofiya Rotarunun yubileyinə həsr edilmiş musiqi proqramı təqdim olunacaq. Sabah “Jara” tamaşaçılarını Alla Puqaçovanın, iyulun 30-da isə Qriqori Lepsin yaradıcılıq gecəsi və bir çox maraqlı konsert proqramları gözləyir.

A post shared by Shabanov Azad (@shabanovazad) on


Müəllif: Könül