5 Avqust 2017 09:30
2 176
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com “Məşhur məktublar” layihəsində dünya şöhrətli fransız yazıçı Onore de Balzakın qrafinya Evelina Hansa yazdığı məktubu təqdim edir:

“Bir günümü sizin ayaqlarınızın altında, başımı dizlərinizə qoymuş halda, sizinlə fikirlərimi bölüşə-bölüşə, hərdən də sizin paltarınızı dodaqlarıma yaxınlaşdırıb susaraq, keçirməyi necə də arzulayıram...

Mənim sevgim... Eva, mənim həyatımın sevinci, gecəmin işığı, mənim ümidim, heyran olduğum, sevgilim, qiymətlim, mən sizi nə vaxt görəcəyəm? Yoxsa bu illüziyadır? Mən sizi heç görmüşəmmi? Aman Allah! Mən sizin ləhcənizi necə də sevirəm. Sizin mehriban dodaqlarınız necə də həssasdırlar - İcazə verin bunu sizə deyim, mənim sevgi mələyim...

Mən gecə də, gündüz də işləyirdim ki, gəlim və dekabrda heç olmasa 2 həftə sizinlə olum. Ah, saçlarınızın ətrini içimə çəkmək, əlinizdən tutmaq, sizi qucağımda sıxmaq... Mənim ilham mənbəyim bu imiş məgər...
Bir öpüş, mənim mələyim, bir həzin öpüş... Və gecən xeyrə...”


Müəllif: Könül Əlibəyli