Ona görə də çalışacağıq ki, tamaşaçılar bu serialda özlərini, öz problemlərini görə bilsinlər.

Bu sözləri Teleqraf.com-a açıqlamasında “Ata ocağı” serialının rejissoru Rüfət Şahbazov deyib.

Rejissorun sözlərinə görə, serialda bir neçə ailənin dramı təsvir ediləcək: “Serial psixoloji dram janrındadır. Sentyabrdan efirə çıxmağı planlaşdırırıq. Serialda xalq artisti Həmidə Ömərova, əməkdar artistlər Qurban İsmayılov, Rasim Cəfər, gənc aktrisa Asya Atakişiyeva çəkiləcək”.

“Ata ocağı” serialı Xəzər TV-də həftədə 5 dəfə yayımlanacaq.