9 Avqust 15:48

Türkiyə və Azərbaycan aktyorlarının birgə çəkildiyi “Yanlış anlama” filminin nümayiş tarixi bəlli olub.

Teleqraf.com xəbər verir ki, sözügedən ekran işi oktyabrın 27-də nümayiş olunacaq.

“Yanlış anlama” həm Türkiyə, həm də Azərbaycan kinoteatrlarında eyni vaxtda göstəriləcək.

Türkiyənin bu il istehsal etdiyi, mart-aprel aylarında çəkilişləri aparılan "Yanlış anlama" filminin qısa məzmunu belədir: Türkiyə və Azərbaycandan olan 2 ailə birlikdə 10 gün vaxt keçirməlidir. Bir-birinə bənzəyən və eyni zamanda bir-birindən fərqlənən 2 müxtəlif dilin və mədəniyyətin nümayəndələri arasındakı dialoqlar nəticəsində komik situasiyalar yaranır.

Baş verən gülməli hadisələr filmin əsas süjet xəttini təşkil edir.

“DADA” prodakşn tərəfindən çəkilən filmin rejissoru Ulaş Cihan Şimşək, ssenari müəllifi Ayberk Çinardır. Rollarda gənc türk aktyorlardan Şevket Çoruh, Bahadır Efe, İlker Ayrık, Hakan Bilgin, Duyğu Karaca, azərbaycanlı aktyorlardan isə İslam Mehrəliyev, Fərda Xudaverdiyev, Pərvin Abıyeva çıxış edirlər.


Müəllif: Könül