11 Avqust 2017 12:57
1 457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus telekanallarından tanıdığımız “Yeralaş” payızda Bakıda olacaq.

Teleqraf.com xəbər verir ki, noyabrın 18-də şəhərə təşrif buyuracaq “Yeralaş” komandası Azərbaycan Dövlət Opera və Balet Teatrında əyləncəli konsert proqramı ilə çıxış edəcək.

Konsertdə tamaşaçıları “Yeralaş”ın yaradıcısı Boris Qraçevski ilə interaktiv görüş də gözləyir. O, həmçinin konsertin aparıcısı olacaq.

Parlaq şou, şən zarafatlar, xoş sürprizlər, tamaşaçılarla oyunlar, “Yeralaş” kinojurnalının çəkilişləri zamanı baş vermiş hadisələrin xatırlanması, kinojurnalın yeni bölümlərinin nümayişi, həmçinin foyedə cizgi filmlərinin qəhrəmanları ilə pulsuz fotoçəkiliş həm uşaqlar, həm də valideynlər üçün maraqlı olacaq.


Müəllif: Könül