11 Avqust 2017 16:00
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı müğənni Alla Puqaçovanın səhhəti pisləşib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə ifaçının yaxın dostu Aleksandr Buynov məlumat verib.

Onun sözlərinə görə, Alla Puqaçovanın “Şən uşaqlar” qrupunun solusti Pavel Slobodkinin dəfn mərasiminə qatılmasına səhhəti imkan verməyib.

Buynov Puqaçovanın səhhətində hansı problemin olduğunu açıqlamayıb.

Rusiyanın məşhur estrada ulduzu, xalq artisti Alla Puqaçova 1949-cu ildə Moskvada anadan olub.


Müəllif: Samir