11 Avqust 2017 17:08
1 462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Başa düşürəm, həmişə hansısa film bir başqasına bənzədilir. Film haqqında fikirlər müxtəlifdir. Treyler yayımlanandan sonra çoxu filmimi “1+1”, “Anjaam”, “Görüşənə qədər”və başqa filmlərə bənzətdi. Bu normaldır, heç nə demirəm. Premyeradan sonra zatən fikriniz dəyişəcək.

Bu sözləri Teleqraf.com-a danışan rəqqasə Oksana Rəsulova yenicə çəkilən “Mələyin öpüşü” filminin plagiat olmasına münasibət bildirərkən deyib.

O, heç vaxt plagiat iş görmədiyini açıqlayıb: “Hər kəsin fikrinə hörmət edirəm, təki təhqir olmasın. Sizi inandırım ki, sentyabrın 14-ü filmi tam görəndən sonra hamı fikrindən daşınacaq. Çünki mənim filmimin süjet xətti tam fərqlidir. Hələ heç bir filmdə belə bir əhvalat lentə alınmayıb.

Mən öz yaradıcılığımda hər zaman yalnız yeniliklərə imza atmışam. Həm rəqslərimdə, həm çəkildiyim filmlərdə orijinallığa diqqət yetirmişəm. Kiməsə bənzəməyi və bənzədilməyi sevmirəm. Sizcə, mən təkrara yol verərəm? Əsla! Ona görə bu haqda gələn ay danışarıq…”


Müəllif: Könül