11 Avqust 2017 17:17
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna paytaxtı Kiyevin mərkəzində böyük Azərbaycan ifaçısı Müslüm Maqomayevin adına park salınacaq.

Bu barədə Teleqraf.com-a Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.

Səfirliyin təşəbbüsü və dəstəyi ilə parkda tikintiyə başlamaq üçün paytaxt administrasiyasından rəsmi icazəsi alınıb.

Kiyev Şəhər Administrasiyasının Parklar İdarəsi müvafiq qərar qəbul edib.

Parkda Müslüm Maqomayevin 6 metr hündürlüyündə heykəli qoyulacaq. Heykəlin müəllifi Ukraynanın xalq rəssamı Seyfəddin Qurbanovdur. Parkın açılışı oktyabrın sonlarında olacaq.


Müəllif: Teleqraf.com