12 Avqust 2017 08:19
1 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkənin ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) yeni tamaşa hazırlayıb.

Teatrdan verilən məlumata görə yeni tamaşanın premyerası 15 və 16 avqust saat 20:00-da olacaq.

“Göydən 3 banan düşdü” adlı tamaşanın quruluşçu rejissoru və müəllifi ADO`nun qurucusu Elmin Bədəlovdur. Tamaşanın rəssamı Leyla Quliyevadır. Rolları isə aktyorlar Elgün Həmidov, Nurlan Süleymanlı, Aytən Əliyeva və Kamran Muradlı canlandıracaq.

Tamaşada Azərbaycan nağıllarının motivlərindən istifadə olunsa da nümayiş böyüklər üçün hazırlanıb. Eyni zamanda tamaşada milli musiqilərin təhrif olunmuş versiyasından da istifadə olunub.

Qeyd edək ki, ADO 5 ildir ki, fəaliyyət göstərir, klassik teatr ənənələrindən uzaq, çağdaş teatr kimi qəbul olunub.


Müəllif: Teleqraf.com