12 Avqust 2017 17:10
988
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün mənim dünyaya gəldiyim gündür! Özümü bu günün qəhrəmanı kimi hiss edirəm! Hər keçən il insan məsuliyyətini daha da artırır… Bəzən zamanı dondurmaq istəyirsən, amma zaman öz hökmünü özü verir! Bir növ uşaqlıqdan tez böyüməyi arzuladığım halda indi isə zamanı dondurub uşaq olmaq istəyirəm! Amma hər yaşın öz gözəlliyi var!

Teleqraf.com xəbər verir ki, bu sözləri bu gün 50 illik yubileyini qeyd edən aktrisa Mehriban Xanlarova sosial şəbəkədə yazıb. O öz doğum gününü belə təbrik edib:

“Geridə buraxdığımız acılı-şirinli günlərlə, anlarla, saniyələrlə bərabər yaşadığımız hər yaş bizimdir! Məni dünyaya gətirən anamın əllərindən öpürəm… Heç vaxt Allahdan özümə ömür arzulamamışam! Çünki bu, mümkün olan şey deyil! Allahdan arzum budur ki, nə qədər ömür verirsə, ləyaqətli versin! Ömrümə ləyaqətsizlik yazmasın! Allah xeyirli nədisə onu mənə qismət etsin!”


Müəllif: Könül