12 Avqust 2017 19:39
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

İfaçı Nuri Sərinləndirici mərhum xalq artisti İlhamə Quliyevanın repertuarına müraciət edib.

Teleqraf.com xəbər verir ki, Nuri İlhamə Quliyevanın “Unut məni” mahnısına yeni nəfəs verib.

O, həmçinin İlhamə xanımın mahnıya klip çəkdirdiyi məkanda eyniadlı klipinin çəkilişlərini bitirib. Müğənni klipdən bir kadrı paylaşaraq belə yazıb: “Eyni məkandayıq. Sanki İlhamə xanım da burda imiş kimi…”

Qeyd edək ki, Nuri Sərinləndirici yeni solo konsertə hazırlaşır. Oktyabrın 20-21-də o, Heydər Əliyev adına sarayda "Etiraf" adlı konserti ilə çıxış edəcək.


Müəllif: Könül