14 Avqust 2017 12:32
1 334
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 11-də Qazaxın Avey qoruğu ərazisində yerləşən Məmməd Koxa bulağının yaxınlığında “İncəgülü” saz-söz şöləni baş tutub.

Bu barədə məlumatı Teleqraf.com-a həmin layihənin rəhbəri, şairə Çiçək Mahmudqızı verib.

O bildirib ki, Qazaxın qədim yurdu olan İncə Dərəsindən və Ustad Aşıq Avdının “İncəgülü” havasından təsirlənərək 2012-ci ildən etibarən hər il keçirilən və artıq ənənəvi hal alan bu şölənə “Bura Qazaxdır, oğlum...” ( E.Nəsibli) adı ilə start verilib:

“Tədbirdə ünlü mədəniyyət mərkəzlərindən biri, onlarla qədim tarixi abidələr diyarı, böyük Səməd Vurğunun sözündə bəllənən, Dədə Ədalətin sazında güllənən, qərbin və qəlbin qapısı Qazaxdan bir pəncərə açdıq. İldən ilə bir-birindən daha səviyyəli və gözəl şəkildə ictimaiyyətə çatdırmaq istədiyimiz “İncəgülü” saz-söz şöləni bu il Qazax Rayon İcra Hakimiyyətinin diqqəti və dəstəyi ilə düzənləndi. Şölənə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun birbaşa tapşırığı ilə müavini Gülayə xanım Həsənovanın təşkilatçılığıyla xüsusi diqqət və nəzarət oldu.

Şöləndə öz dəyərli ifaları ilə tamaşaçılara xüsusi bir gün yaşadan respublikamızın hər bölgəsindən qatılan bütün sazəndələrimizə və xanəndələrimizə - Eldar Ələkbərova, Təranə xanım Gədəbəyliyə, aşıq Aytəkin Qəmbərqızına, aşıq Ramin Qarayevə, aşıq Avdı Musayevə, aşıq Şaiq İncəliyə, Rasim Qayıbova, Gülnar İsayevaya, Natiq Cəfərova, Aşıq Hüsən İncəliyə, Samir Cəlaloğluna, Əfsanə Kərimliyə, şairlərdən İbrahim İlyaslıya, Xaqani Qayıblıya, Ehtiram İlhama, Mübariz Qaragözlüyə, Məzahir Yaquba, Elməddin Nicata və digər iştirakçılara təşəkkürümüzü bildiririk”.


Müəllif: Könül