14 Avqust 2017 14:50
1 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

İllər öncə Amaliya xanım məni teatra çağırdı, dedi ki, bir tamaşa olacaq, orda sən də oynayacaqsan. Tamaşanın hazırlanması üçün Polşaya səfər etdik və on dörd gün ərzində tamaşa səhnələşdirildi. Son məşqlərin birində rejissor Kşiştov Zanussi mənə yaxınlaşıb dedi ki, bir film çəkəcəyəm, o filmdə səni də görmək istərdim. Mən bu gün o filmdəyəm.

Teleqraf.com xəbər verir ki, bu sözləri məşhur polşalı rejissor Kşiştov Zanussi ilə fotosunu paylaşan gənc aktyor Tural Ağayev deyib.

O bunu özü üçün böyük şərəf kimi qiymətləndirib və bu işə vasitəçi olan xalq artisti Amaliya Pənahovaya minnətdarlığını bildirib:

“O söhbətin üstündən üç-dörd il keçib. Bu gün mən quruluşçu rejissoru Kşiştof Zanussi olan "Ether" filmindəyəm.

Belə bir mütəxəssislə işləyəcəyimə görə həddindən artıq sevincliyəm və çox xoşbəxtəm ki, belə bir insanın filminə çəkilmişəm. Amma unutmuram ki, burada olmağımın başlıca səbəbkarı Amaliya Pənahovadır. Çünki o tamaşada mən olmasaydım, Zanussini tanımayacaqdım və əlbəttə ki, bu filmdə olmayacaqdım”.


Müəllif: Könül