14 Avqust 2017 14:58
1 362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımovanın solo konserti üçün əcnəbi mütəxəssislər Bakıya gəlir.

Teleqraf.com xəbər verir ki, “Aygün Kazımova – 30 il” adlanan konsert sentyabrın 22-də “Kristal hol”da gerçəkləşəcək.

Aygün Kazımova tamaşaçılara xarici ulduzların konsertlərində nümayiş olunan şoudan üstün bir proqram vəd edib.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən konsert üzərində fransız xoreoqraf və rejissor Red Bentifor çalışır. Onunla birlikdə Bakıya Amerika, Kolumbiya, İtaliya və Fransadan əcnəbi rəqqaslar və aktyorlar gəliblər.

Konsertin səs rejissoru Jerar Albodur. O, Rihanna, Betti Smit kimi ulduzlarla çalışıb. Konsertin ssenari müəllifi Argentinadan gələn Santyaqo Fernandesdir. Layihədə Aygün Kazımovanın prodüserliyini gürcü Stefani Mqerbrişvili edir.

Səhnə dekorasiyası üzərində isə “Tea Teliya” çalışır. Konsertin musiqi prodüseri əməkdar artist, “Rast” qrupunun rəhbəri Rəşad Haşımovdur.


Müəllif: Könül