14 Avqust 2017 15:54
2 289
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün yeni filmin çəkilişlərinə başladıq. Artıq 4-cü avqustdur ki, əl-ələ verib gərgin bir iş rejiminə keçirik! “Bir xalanın sirri”ni Bakı və Qəbələdə çəkəcəyik.

Bu sözləri Teleqraf.com-a açıqlaması zamanı Bozbaş Pikçersdən “Fəlakət” kimi tanıdığımız Elşən Orucov deyib.

O, filmin mart ayından kinoteatrlarda olacağını bildirib:

“Filmin rejissoru Emil Quliyevdir. Adı oxşasa da, özü “Bir qalanın sirri” filminə bənzəmir. Komandamız bu dəfə daha möhtəşəm bir ekran işinə imza atacaq. Qarşılayın, “Bir xalanın sirri” gəlir”.


Müəllif: Könül