14 Avqust 2017 19:49
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əslən azərbaycanlı olan və Rusiyada yaşayan müğənni Bəxtiyar Əliyev – “Bahh Tee” Alim Qasımovla birgə layihəsi olan yeni yay hiti “Bakı”nı bu gün təqdim edib.

Teleqraf.com xəbər verir ki, Alim Qasımovun 60 illik yubiley günü ictimailəşdirilən klipdə Azərbaycanın əməkdar artistləri Murad Dadaşov aşpaz rolunda, Ədalət Şükürov taksi sürücüsü qismində, Bəhram Bağırzadə isə varlı şəhər sakini obrazında çəkilib.

Klipdə həmçinin Elmir Məhərrəmov, Samir Ələskərov, Pərvin Talıbzadə də görünüblər.

Bahh Tee sosial şəbəkə üzərindən məşhurlaşan və daha sonra öz yaradıcılığını radio və televiziya aləminə çıxara bilən ilk Azərbaycan-Rusiya müğənnisidir. Onun cəmi 29 yaşı var.


Müəllif: Könül