16 Avqust 2017 17:39
1 300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımovanın sentyabrın 22-də baş tutacaq solo konsertinin hazırlıqları davam edir.

İfaçının köməkçisinin Teleqraf.com-a verdiyi məlumata görə, müğənni artıq iki aydır məşq zalından çıxmır.

Red Bentiforun rəhbərliyi ilə bütün komanda konsert üçün rəqs və şou nömrələri hazırlayır.

Aygün Kazımova hazırlıq ərəfəsində bütün çəkilişlərdən imtina edib. Red Bentifor səmərəli proqram təyin edib və Aygünün keçmişdə idmanla məşğul olmasının işə olduğunu söyləyib.

"Aygün Kazımova - 30 il” adlı konsert gələn ay "Kristal hall"da baş tutacaq.


Müəllif: Könül