16 Avqust 2017 17:48
1 295
12 Punto 14 Punto 16 Punto 18 Punto

İçərişəhərdə “Unudulmuş yeməklər” adlı festival keçiriləcək.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, sentyabrın 1-dən 3-dək, yəni Qurban bayramı ərəfəsində davam edəcək festivalın əsas məqsədi şəhərin tarixi ərazisində Qurban bayramı ab-havası yaratmaqdır.

Eyni zamanda, tədbir Azərbaycan mətbəxinə olan marağı artırmaq və milli mətbəxin unudulan zənginliklərini nümayiş etdirərək, xalqın süfrəsinə geri qaytarmaq məqsədi daşıyır.

Festival iştirakçıları yeməklərin hazırlanmasında və təqdimatında maraqlı performans nümayiş etdirməlidirlər. Adını xatırlamadığımız, unudulmuş, lakin milli mətbəximizin bir parçası olan qədim yeməkləri şəhərin qonaqları dadmaq imkanı əldə edəcəklər.

Festivala artıq bir neçə rayondan namizədlər qatılıb.


Müəllif: Könül