17 Avqust 2017 20:32
1 239
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakılı oğlanlar” komandasının məşhur üzvü Bəhram Bağırzadə ərəb turistlərlə bağlı sosial şəbəkədə aparılan geniş müzakirələrə maraqlı reaksiya verib.

Teleqraf.com-un məlumatına görə, aktyor fotosunu Feysbukda ərəblərə xas geyimdə “gedim şəhərə, baxım nə var, nə yox” qeydi ilə paylaşıb.

Sosial şəbəkə izləyiciləri ona Həcc ziyarətində olmağı arzulayıb. Bəhram Bağırzadə cavab olaraq Həcc ziyarətində çəkdirdiyi fotoşəkli yerləşdirib.

Qeyd edək ki, ərəb turistlərin Bakıda Nizami küçəsində (“Torqovı”) qadınlarla nəzakətsiz davrandığı barədə müzakirələr aparılır.


Müəllif: Kəmalə