18 Avqust 2017 17:40
1 528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni serialımızın adı “Xəstəxana”dır. İyulun 25-dən çəkilişlərə başlamışıq. Əslində bu serialı 4 il əvvəl birinci mövsüm olaraq “Hippokrat andı” adı ilə çəkirdik.

İkinci mövsümü “Xəstəxana” adı ilə çəkməyə qərar verdik.

Bu sözləri Teleqraf.com-a yeni mövsümdə ARB telekanalında yayımlanacaq “Xəstəxana” serialının rejissoru Hacı Həsənov deyib.

O, serialda bütün hadisələrin xəstəxanada cərəyan edəcəyini açıqlayıb: “Serilada həkimlər, tibbi personal, sürücü, sanitar və başqa 12 əsas obrazımız olacaq. Xəstələr və digər obrazlar isə köməkçi rollardır. Serial vəziyyət komediyası janrında olan sitkomdur”.

Seriallarda əməkdar artist Əzizağa Əzizov, Məcid Hüseynov, Vüsal Mehrəliyev, Xədicə Sənanqızı və başqaları çəkilir.


Müəllif: Könül