18 Avqust 2017 19:22
1 508
12 Punto 14 Punto 16 Punto 18 Punto

ADO teatrı Fransanın Oriak şəhərində keçirilən küçə teatrı festivalına qatılacaq.

Bu barədə Teleqraf.com-a teatrın mətbuat xidmətindən məlumat verilib:

“ADO bu il bir neçə beynəlxalq səfərdə olub. Fransanın Oriak şəhərində keçirilən “Oriak küçə teatrları festivalı-2017” adlı festivaldan da ADO-ya dəvət gəlib. Biz “Hamam” performansı ilə festivala qatılacağıq”.

Qeyd edək ki, performansın quruluşçu rejissoru və müəllifi Elmin Bədəlov, aktrisası Elsa Furtadodur. Teatr heyəti 19 avqustdan Fransaya yola düşəcək, lakin ADO-nun festivalda çıxışı 4 gün – 23, 24, 25 və 26 avqustda baş tutacaq.

Xatırladaq ki, ADO 2015-ci ildə də adıçəkilən festivala qatılıb.


Müəllif: Könül