24 Aprel 2014 16:52
1 599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəstəkar Gövhər Həsənzadənin “Bəs mən indi neyləyim” mahnısı Türkiyənin məşhur müğənnisi Nilufərin son albomunda yer alacağı barədə məlumat vermişdik. Artıq mahnının studiya yazılışları başa çatıb.

Bunu Teleqraf.com-a açıqlamasında Gövhər Həsənzadə deyib. Mahnının həm də sözlərini yazan bəstəkar onun türk dilinə tərcüməsini yaxın rəfiqəsi və iş ortağı şairə Ayşə Birgül Yılmazın etdiyini bildirib:“Nilufər xanım artıq mahnını oxuyub. Tamamlama işləri bitəndən sonra mahnını dinləmək üçün mənə göndərəcəklər. Ondan sonra bu barədə ətraflı açıqlama verəcəm”.

Qeyd edək ki, lirik janrda olan mahnı illər öncə İzzətin ifasında Azərbaycanda səslənib. Bəsətəkarın sözlərinə görə, İzzət bu mahnını çox gündəmə gətirməyib:

“Bunun səbəbi aranjemanla bağlıdır. Buna baxmayaraq mahnının “demo” versiyası Türkiyədə çox gözəl qarşılandı. Mahnı artıq 3 ildir ki, bir çox müğənnilərin iş otağındadır. Amma Nilufər xanım qəti şəkildə bildirmişdi ki, mahnını özü ifa edəcək”.

Nərmin


Müəllif: