23 İyul 2014 16:51
1 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Kino Mərkəzi yeni filmlər təqdim edir.

Kinoteatrdan Teleqraf.com-a verilən məlumata görə, iyulun 24- dən Mərkəzdə “Herakl” və “Ev videosu” adlı Amerika filmlərinin nümayişinə başlanılacaq.

Rejissor Brett Retnerin Rayan Kondalın ssenarisi əsasında çəkdiyi 3D formatlı “Herakl” filmi məcara və döyüş janrındadır.Yer Kürəsinin ən populyar qəhrəmanı Herakl bu dəfə bizə məlum olmayan dünyaya baş vurur. Nemey pələngini boğub, Serber itini ram edib və Lorney gidrasını öldürəndən sonra Heraklın əsas məqsədi fraki ordusunu döyüşə aparıb düşmənə qalib gəlməkdir.

Filmdə baş rollara Duyen Conson, Aksel Henni, İrina Şeyk, Con Hört, İen MakŞeyn, Yen Uayt, Jozef Fayns və başqaları çəkilib.

“Ev videosu” filmini rejissor Cek Kezdan komik dram janrında çəkib. Evdə tək qalan ailə cütlüyü əyləncəli gecə keçirməyi qərara alır və öz iştirakları ilə pikant mövzulu video çəkirlər. Səhər onlar bu videonu tək özləri izləmədiklərini başa düşürlər. Filmin qəhrəmanlarını aktyorlar Kameron Diaz və Ceyson Sigel canlandırıblar.

Nərmin


Müəllif: