24 Aprel 2014 17:38
1 205
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il şair-dramaturq, əməkdar incəsənət xadimi Cəfər Cabbarlının anadan olmasının 115 illiyi tamam olur.

Teleqraf.com-un xəbərinə görə, böyük ədibin anadan olmasının 115 illik yubileyi ilə əlaqədar Azərbaycan Dövlət Teatr Muzeyi dramaturqun ev muzeyi ilə birlikdə tədbir keçirəcək. Tədbirdə professorlar Asif Rüstəmli və Rəhim Əliyev, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova, əməkdar incəsənət xadimi Aydın Kazımzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı, müğənni Rəşad İlyasov, ifaçı Mehri Əsədulla iştirak edəcəklər.

Tədbirdə tamaşaçılara dramaturqun həyat və yaradıcılığını əks etdirən vido çarxlar, Nizami rayon uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin dram dərnəyinin ifasında “Aydın” tamaşasından bir parça və şerlərdən ibarət kompozisiya təqdim olunacaq.

Tədbir 29 aprel tarixində saat 15.00-da Azərbaycan Dövlət Teatr Muzeyinin ekspozisiyasında keçiriləcək.

Nərmin


Müəllif: