6 Sentyabr 21:11
135

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün 86-cı teatr mövsümünü sentyabrın 16-da açacaq.

Teleqraf.com xəbər verir ki, həmin gün S.Marşakın “Pişiyin evi” tamaşası nümayiş olunacaq.

Teatrın rejissoru Anar Məmmədovun quruluşunda hazırlanan birhissəli tamaşa kuklalarla yanaşı, canlı planda aktyor oyunu üzərində qurulur. Rəngarəng səhnə tərtibatı və müxtəlif konstruksiyalardan kuklalarla hazırlanan tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev, bəstəkarı əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur.

İdeyası yalançı dostluğa ikrah, dürüst münasibətə çağırış olan tamaşada uşaqlara lovğalıq, yalançılıq və xudpəsəndlik kimi mənfi keyfiyyətlərdən qaçmaq aşılanır.

Rolları Rəhman Rəhmanov, Cəmilə Allahverdiyeva, Cavid Telman, Rəhilə İbadova, Aygül Ağayeva, Samirə Nəcəfova və Vüsal Hüseynov ifa edirlər.


Müəllif: Könül